- Конференция 'Представление религиозных тем в медиа: совместная ответственность в сохранении религиозной стабильности' прошла в Гусаре.
- Декан факультета журналистики БГУ Вугар Зифероглу выступил модератором второй панельной сессии 'Профессионализм и религиозная грамотность: ответственность медиа в сохранении духовных ценностей'.
- Зифероглу подчеркнул, что религия является одной из трех основ национальной идеологии Азербайджана (символизируемая зеленым цветом флага).
- Журналисты несут особую социальную ответственность при освещении религиозных тем, требуя осторожности и чувствительности.
- Азербайджанская пресса, начиная с газеты 'Экинчи', традиционно проявляла ответственный подход к религиозным вопросам.
Trend -in Qusara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda baş tutan konfransda "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" adlı II panel sessiyasında moderator kimi çıxışı zamanı deyib.
O bildirib ki, dini mövzu Azərbaycan cəmiyyəti üçün həssas məsələdir və ölkənin milli-mənəvi dəyərlər sistemində mühüm yer tutur.
"Dini mövzu bizim hər birimiz üçün həssas mövzudur. Çünki din Azərbaycan mənəvi dəyərlər sistemində olduqca ciddi özülə malikdir. Üçrəngli bayrağımızın yaşıl rəngi dinimizlə bağlıdır. Yəni milli ideologiyamızın üç əsas sütunundan biri dinimizdir. Bu baxımdan Azərbaycanda elə bir insan olmaz ki, dini məsələlərə həssas yanaşmasın", - deyə o vurğulayıb.
V.Zifəroğlu qeyd edib ki, bu həssaslıq jurnalistlərin cəmiyyət qarşısındakı məsuliyyətini daha da artırır.
"Jurnalistlər onsuz da cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırlar və peşə fəaliyyətlərini bu məsuliyyət hissi ilə həyata keçirməlidirlər. Ancaq bəzi mövzular var ki, onlarda xüsusilə ehtiyatlı və həssas davranmaq lazımdır. Çünki biz ailələrə, insanlara müraciət edirik. Bizim əsas funksiyamız cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Dini mövzuların işıqlandırılmasında da medianın öz missiyası olmalıdır", - deyə o əlavə edib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı bildirib ki, Azərbaycan mətbuatı yaranandan bəri dini mövzulara məsuliyyətli yanaşma nümayiş etdirib.
"Peşə bayramımızın əsasını qoyan 'Əkinçi' qəzetindən başlayaraq mətbuat orqanlarımız dini mövzuların işıqlandırılmasında həmişə həssas və maarifləndirici mövqe sərgiləyiblər. Bu ənənəni bu gün də qoruyub saxlaya bilirikmi? Bu ayrıca müzakirə mövzusudur və panel çərçivəsində bu məsələlər ətrafında fikir mübadiləsi aparacağıq", - deyə V.Zifəroğlu vurğulayıb.
Комментарии
Загрузка…
Оставить комментарий