Bunu Ömər Eldarov Trend-ə açıqlamasında deyib.

O bildirib ki, hazırda səhhəti yaxşılaşıb və müalicəsini ev şəraitində davam etdirir.

"Evdəyəm. İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə tam sağalacağam. Mənə göstərilən diqqət və yardıma görə çox sağ olsunlar", - deyə Ömər Eldarov qeyd edib.

Qeyd edək ki, 99 yaşlı akademik ötən gün səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Müayinələrdən sonra onun evə buraxıldığı və müalicəsini davam etdirdiyi bildirilib.