Day.Az xəbər verir ki, mütəxəssis səhərlər kortizol səviyyəsinin yüksək olduğunu və zülal, faydalı yağlar az olan şirin qidaların gün ərzində qan şəkərində dalğalanmalara səbəb ola biləcəyini qeyd edib.

Buna görə səhər yeməyində balanslı qidalara üstünlük vermək tövsiyə olunur.

Diyetoloq oyandıqdan sonra bir saat ərzində 25-35 qram protein qəbul etməyi məsləhət görüb. Yumurta, qatıq, lifli qidalar və faydalı yağlarla zəngin smuzilər uyğun seçimlər hesab olunur. Bununla yanaşı, səhər yeməyi hər kəs üçün məcburi qayda deyil.