- 29 июня в Баку открылась Неделя тюркского мира, посвященная 100-летию Первого тюркологического съезда.
- Мероприятие организовано по распоряжению президента Азербайджана Ильхама Алиева от 22 октября 2025 года.
- Неделя продлится до 3 июля, в ней участвуют 80 ученых-тюркологов из 20 стран.
- Первый тюркологический съезд прошел в Баку в 1926 году.
- Инициатива проведения 100-летнего юбилея была предложена Ильхамом Алиевым на саммите Организации тюркских государств в октябре 2025 года.
Trend -in tədbirdəki müxbiri xəbər verir ki, əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətini səsləndirib.
Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.
"Birinci Türkoloji Qurultay" ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb.
İyulun 3-dək davam edəcək "Türk Dünyası Həftəsi" Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.
Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий