Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.
"Uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.
Комментарии
Загрузка…
Оставить комментарий