"Mən burada, Bakıda, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməkdən çox məmnunam. Bu, əslində mənim 13-cü forumumdur - mən bütün Ümumdünya Şəhərsalma Forumlarında iştirak etmişəm. Forumun Bakı və Azərbaycan tərəfindən necə təşkil olunmasından çox razıyam. Qoyulan investisiyalar və təşkilati işlər çox yüksək səviyyədə olub",-deyə o bildirib.
UN-Habitat nümayəndəsinin sözlərinə görə, forum dayanıqlı şəhər inkişafı, əlçatan mənzil təminatı, şəhər mobilliyi və iqlim dəyişikliklərinə dayanıqlılıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevriləcək.
"Ümid edirik ki, Azərbaycan və digər ölkələr də daxil olmaqla üzv dövlətlər və şəhərlər arasında təcrübə mübadiləsi şəhərsalma və mənzil siyasətinin mükəmməlləşdirilməsi baxımından çox səmərəli olacaq", - deyə Tuts vurğulayıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий