- Помощник президента Азербайджана Хикмет Гаджиев встретился с румынским коллегой Мариусом Лазуркой.
- Обсуждалось расширение стратегического партнерства между Азербайджаном и Румынией.
- Стороны подтвердили традиционную дружбу и обсудили сотрудничество в политической, экономической, энергетической, оборонной, культурной и гуманитарной сферах.
- Достигнута договоренность о продолжении активного диалога по политическим вопросам и безопасности.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
Müzakirələr Hikmət Hacıyevin hazırda Azərbaycanda rəsmi səfərdə olan rumıniyalı həmkarı Marius Lazurca ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, yüksək səviyyəli müzakirələrin əsas mövzusu Bakı ilə Buxarest arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi, eləcə də iqtisadi və təhlükəsizlik sahələrində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi olub.
"Azərbaycana səfərdə olan rumıniyalı həmkarım Marius Lazurka ilə məhsuldar görüş keçirdim. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiqləyərək, əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanları müzakirə etdik. Avropa İttifaqının Cənubi Qafqaza coğrafi baxımdan ən yaxın üzv dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Siyasi və təhlükəsizlik məsələləri üzrə aktiv dialoqumuzu davam etdirmək barədə razılığa gəldik."
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий