"Əqli mülkiyyət" jurnalının baş redaktoru Ədalət Mədətoğlu vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ədalət Mədətoğlu 2026-cı il avqustun 17-də dünyasını dəyişib.

Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində ziyalı ailəsində anadan olub. O, 1990-1996-cı illərdə A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

Tələbəlik illərindən jurnalistikaya maraq göstərən Ədalət Mədətoğlu müxtəlif dövrlərdə "Elm", "İntibah", "Əlillər", "Kaspi", "New Baku Post", BBC radiosu və digər media qurumlarında çalışıb. O, eyni zamanda bədii yaradıcılıqla məşğul olub və bir neçə kitabın müəllifidir.

Ədalət Mədətoğlu 2019-cu ildən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin "Əqli mülkiyyət" jurnalının baş redaktoru vəzifəsində çalışırdı.