- Россия предупредила Великобританию о последствиях после сообщений об использовании британских беспилотников Украиной.
- Украина впервые использовала британские дроны для ударов по целям на территории России.
- Удары нанесли ущерб складам Wildberries на миллиарды фунтов стерлингов.
- Посольство России в Великобритании обвинило Лондон в попытке нанести максимальный ущерб России.
- Минобороны Великобритании заявило о продолжении поддержки Украины.
Day.Az AZƏRTAC -a istinadən bildirir ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərində həyata keçirilən hücum kampaniyası çərçivəsində iki Britaniya şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarından istifadə edib. Bildirilir ki, Britaniya istehsalı dronlardan Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün ilk dəfə istifadə olunub.
Ukrayna bu il Rusiya ərazisində əməliyyatlarını intensivləşdirərək hərbi sənaye və enerji obyektlərinə qarşı uzaqmənzilli raketlərdən və çoxsaylı dronlardan daha geniş istifadə etməyə başlayıb. Hücumların hədəfləri arasında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"ə məxsus iri anbarlar da olub. Hücumlar nəticəsində milyardlarla funt sterlinq dəyərində malların məhv edildiyi bildirilir. Zərbələrin Rusiyaya iqtisadi zərəri də artırdığı qeyd olunur.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi yaydığı bəyanatda bu xəbərlərin Londonun Ukrayna böhranını qəsdən gərginləşdirmək yolunu seçdiyini təsdiqlədiyini bildirib. Səfirlik Britaniyanı Ukrayna vasitəsilə Rusiyaya maksimum zərər vurmağa çalışmaqda ittiham edib.
"Londonun hərəkətləri qaçılmaz olaraq cavab verməli olacağı nəticələrə gətirib çıxaracaq. Onun münaqişədə iştirakı nə qədər dərinləşərsə və Kiyevə dəstəyi nə qədər artarsa, ödəyəcəyi qiymət də bir o qədər yüksək olacaq",- deyə bəyanatda qeyd olunub.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü isə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий