Day.Az Milli.Az -a istinadən xəbər verir ki, söhbət ekstrasens Tamella Salamovadan gedir. Vətəndaş şikayətində bildirib ki, Tamella onu və ailə üzvlərini hipnoz edərək inandırıb ki, ailələrində cadu var:

"Əgər cadu təmizlənməsə, onlar öləcəklər".

Bu sözlərin qarşılığında vətəndaş qızıllarını lombarda qoyaraq 700 manat kredit götürüb. Sonra müəyyən olunub ki, deyilənlər hamısı cəfəngiyyat imiş. Vətəndaş bunu öyrənəndən sonra pulunu geri istəyib.

Məsələ ilə bağlı Tamella Salamova bildirib ki, əgər pul almışıqsa qaytararıq.