- Президент Ильхам Алиев совершил государственный визит в Кыргызскую Республику.
- В ходе визита были подписаны документы, включая Чолпон-Атинскую декларацию.
- Ильхам Алиев награжден орденом «Манас» I степени, а Садыр Жапаров — орденом «Гейдар Алиев».
- Визит способствует укреплению сотрудничества между Азербайджаном и странами Центральной Азии.
- Азербайджан выступает как мост между Центральной Азией и Южным Кавказом.
Deputat bildirib ki, səfər çərçivəsində əldə olunan nəticələr göstərir ki, ortaq tarixə, dilə və milli-mənəvi dəyərlərə söykənən münasibətlər artıq strateji tərəfdaşlığın daha dərin və institusional mərhələsinə qədəm qoyub:
"Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələnin əsas siyasi sənədlərindən biri kimi Çolpon-Ata Bəyannaməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi, enerji, investisiya və humanitar əməkdaşlığın yeni məzmun qazanması baxımından mühüm strateji yol xəritəsidir. Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi platforma olmaqla yanaşı, Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verəcək".
S.Məmmədov vurğulayıb ki, səfərin ən əlamətdar hadisələrindən biri dövlət başçılarına təqdim olunan qarşılıqlı ali dövlət mükafatları oldu:
"Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət təltifi - I dərəcəli "Manas" ordeni ilə təltif olunması Prezident İlham Əliyevə, onun Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qardaş xalqlar arasında dostluq münasibətlərinin inkişafına verdiyi müstəsna töhfələrə verilən yüksək dəyərin ifadəsidir. Eyni zamanda, Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif olunması dövlətlərimiz arasında qarşılıqlı hörmətin və etimadın ən yüksək səviyyədə olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türk dünyasının inteqrasiyasını təşviq edən əsas mərkəzlərdən biri, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında etibarlı körpü, qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verən nüfuzlu dövlət kimi çıxış edir:
"Formalaşan yeni əməkdaşlıq modeli yalnız region ölkələrinin deyil, bütövlükdə Avrasiyanın dayanıqlı inkişafı, sabitliyi və rifahı baxımından strateji əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, bu dövlət səfəri, imzalanan sənədlər, qarşılıqlı ali dövlət təltifləri və Çolpon-Ata Bəyannaməsində əksini tapan hədəflər Azərbaycan-Qırğızıstan münasibətlərinin, eləcə də Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcək inkişafına güclü təkan verəcək, Türk dünyasının birliyini və həmrəyliyini daha da möhkəmləndirəcəkdir".
Комментарии
Загрузка…
Оставить комментарий