DİN-in Mətbuat Xidmətindən Day.Az -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.