AYNA-dan bildirilib ki, məqsəd festival iştirakçılarının rahat gediş-gəlişini təmin etmək və yollarda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır.
Məlumata görə, 23-26 iyul tarixlərində hər gün saat 17:00-dan 19:30-dək "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze" istiqamətinə, saat 22:00-dan 00:00-dək isə əks istiqamətdə ödənişsiz avtobus reysləri təşkil ediləcək.
AYNA "Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olduğunu nəzərə alaraq, festival iştirakçıları və qonaqlara səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslardan istifadə etməklə həyata keçirməyi tövsiyə edib.
Комментарии
Загрузка…
Оставить комментарий