- Матч за третье место ЧМ-2026 состоится 18-19 июля
- Играют Англия и Франция на стадионе 'Хард Рок' в Майами
- Начало в 01:00 по бакинскому времени
- Судья - Хесус Валенсуэла из Венесуэлы
- Финал между Испанией и Аргентиной 19 июля в 23:00 по бакинскому времени
Day.Az xəbər verir ki, turnirin üçüncü pilləsinin sahibi iyulun 18-dən 19-na keçən gecə müəyyənləşəcək.
Bürünc medal uğrunda keçiriləcək qarşılaşmada İngiltərə və Fransa milli komandaları üz-üzə gələcək. Mayami şəhərində yerləşən "Hard Rok" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Oyunun baş hakimi kimi Venesuelanı təmsil edən FIFA referisi Xesus Valensuela təyin olunub.
Hər iki kollektiv finala yüksəlmək şansını yarımfinal mərhələsində itirib. Fransa seçməsi İspaniyaya məğlub olduğu halda, İngiltərə millisi Argentina səddini aşa bilməyib.
Dünya çempionatının həlledici qarşılaşması isə iyulun 19-da keçiriləcək. Kubok uğrunda İspaniya və Argentina yığmaları mübarizə aparacaq. Final görüşünün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Комментарии
Загрузка…
Оставить комментарий