- У берегов Одессы атаковано дроном гражданское торговое судно 'Atlas Bey' под флагом Турции.
- На борту находились 11 граждан Азербайджана, все спасены и доставлены на берег.
- Капитан судна, гражданин Азербайджана, пропал без вести, ведутся поиски.
- Инцидент произошел 14 июля около 15:15 по местному времени.
- Посольство Азербайджана в Украине оказывает консульскую поддержку.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Türkiyənin Okean Maritime şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.
Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.
Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Комментарии
Загрузка…
Оставить комментарий