- За отсутствие опознавательного знака 'Такси', таксометра или информационных указателей предусмотрен штраф 50 манатов.
- За стоянку такси вне отведенных мест, работу за пределами территории, указанной в разрешении, завышение платы и перевозку без разрешительной карты — штраф 50 манатов.
- За стоянку или остановку не такси на такси-стоянке — штраф 40 манатов.
- За организацию такси без разрешения: должностные лица — 200 манатов, юрлица — 1000 манатов.
- За деятельность оператора такси без разрешения: должностные лица — 10 000 манатов, юрлица — 40 000 манатов.
"Taksi" tanınma nişanı, taksometr və qanunvericiliklə tələb olunan məlumat göstəriciləri olmadan, nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınmasına, həmçinin avtobus və taksilərdə tütün çəkilməsinə, sərnişin və baqaj tələblərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur.
Qanunvericiliyə görə, taksilərin ayrılmış dayanacaqdan kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda fəaliyyət göstərməsinə, taksometrin göstərdiyi məbləğdən artıq ödəniş tələb edilməsinə və buraxılış kartı olmadan sərnişin daşınmasına görə də 50 manat cərimə tətbiq edilir. Taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanması və ya durmasına görə isə 40 manat cərimə müəyyən olunub.
Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi fəaliyyəti təşkil edildikdə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat cərimə olunur. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi, texniki baxış və reysqabağı tibbi müayinə ilə bağlı zəruri sənədləri və ya müqavilələri olmayan daşıyıcılara, eləcə də buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçdiyini təsdiq edən sənəd olmadan taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat cərimə edilir.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə olunur. "Fərdi məlumatlar haqqında" Qanunun tələblərinin pozulmasına, fərdi məlumatların mühafizəsinin təmin edilməməsinə, həmçinin sifarişlər və sürücülərin iş-istirahət rejimi barədə məlumatların dövlət informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya işləməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 20 min manat məbləğində cərimə edilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий