"İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Day.Az xəbər verir ki, bu barədə İmişli Peşəkar Futbol Klubunun rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

O, UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov "İmişli"yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.