Day.Az xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda səfər qarşılaşmasında İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək.

Buxarestdə yerləşən "Quleşti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 25-də saat 20:45-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.