- Открытие Республиканской спортивной олимпиады школьников прошло 20 июня в Баку.
- В олимпиаде участвуют более 2000 школьников из 59 городов и районов.
- Соревнования пройдут с 21 по 26 июня по 12 видам спорта.
- Организаторы: Министерство науки и образования и Министерство молодежи и спорта.
- Мероприятие проводится впервые в Азербайджане.
Olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlarda iştirak edən məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
İştirakçılar 21-26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Rəsmi açılış mərasimindən sonra tədbirin bədii hissəsi çərçivəsində konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.
Комментарии
Загрузка…
Оставить комментарий