Day.Az xəbər verir ki, bu vəziyyət infeksiyalar, qalxanabənzər vəz xəstəlikləri, yuxu apnesi, qan şəkəri pozuntuları və bəzi onkoloji xəstəliklərlə əlaqəli ola bilər.

Mütəxəssis qeyd edib ki, gecə paltar və yatağın tam islanmasına səbəb olan tərləmə diqqətə alınmalıdır. Xüsusilə bu hal çəki itkisi, qızdırma, yorğunluq və limfa düyünlərinin böyüməsi ilə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.

Həkimin sözlərinə görə, isti hava və ya otağın həddindən artıq isti olması nəticəsində yaranan nadir tərləmələr adətən təhlükəli sayılmır. Lakin davamlı təkrarlanan hallar mütləq araşdırılmalıdır.