КОРОТКО
- Капитан судна Самед Насруллаев похоронен в Лянкяране
- Судно 'Atlas Bey' атаковано дроном у Одессы 14 июля
- 11 членов экипажа были гражданами Азербайджана
- Тело капитана доставлено в поселок Балыгчылар и предано земле
APA -nın cənub bürosunun verdiyi xəbərə görə, Odessa yaxınlığında vurulan gəminin kapitanı Səməd Nəsrullayevin cənazəsi doğulduğu Lənkəran rayonunun Balıqçılar qəsəbəsinə gətirilib və ailəsinə təhvil verilib.
Ailəsi ilə vida mərasimindən sonra kapitanın cənazəsi qəsəbə qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.
Материал обработан с использованием ИИ
Комментарии
Загрузка…
Оставить комментарий