Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesi uğurla davam edir:
" Proses başlayandan indiyədək 106 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb. Bugündən etibarən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayıb. Tədris digər dillərdə aparılan bölmələrə gəldikdə isə müsahibələrdən uğurla keçən uşaqlar üçün iyunun 17-dən valideynləri tərəfindən məktəb və müəllim seçimi həyata keçiriləcək. Bununla yanaşı bildiririk ki, uşaqların birinci sinfə qəbulu prosesi sentyabr ayınadək davam edir. Həmin dövrədək ictimaiyyətə əvvəlcədən elan edilmiş tarixlərdə bəzi təhsil müəssisələrinə mərhələli şəkildə qeydiyyat, müsabiqələrin keçirilməsi, eləcə də məktəb və müəllim seçimi həyata keçiriləcək. Vurğulayırıq ki, sinif komplektlərinin formalaşdırılması uşaqların birinci sinfə qəbulu prosesini özündə ehtiva edən bu mərhələlərdən sonra baş tutacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün tədrisi digər dillərdə aparılan bəzi məktəblərə qəbulun dayandırıldığı barədə xəbərlər yayılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий