"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək.

Bu barədə Day.Az -a ADY-dən məlumat verilib.

Bildirilib ki, artıq Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.

Sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.