- Рекомендуемая разовая норма черешни и вишни составляет 200-300 грамм, суточная — до 400 грамм.
- Чрезмерное употребление может вызвать вздутие, диарею, дискомфорт в желудке и гастрит из-за сорбитола и фруктозы.
- Косточки вишни и черешни содержат амигдалин, который при разжевывании может образовывать токсичные соединения.
- Людям с диабетом, камнями в почках и подагрой следует употреблять эти фрукты ограниченно и по рекомендации врача.
Day.Az xəbər verir ki, həkimlərin tövsiyəsinə əsasən, bir dəfəyə 200-300 qram, gün ərzində isə maksimum 400 qram albalı və ya gilas istehlak etmək məqsədəuyğundur.
Mütəxəssislərin sözlərinə görə, gilasın tərkibində daha çox təbii şəkər, albalıda isə C vitamini və güclü antioksidant hesab olunan antosianinlər üstünlük təşkil edir. Bu maddələr iltihabın azalmasına, qan təzyiqinin tənzimlənməsinə və yuxu keyfiyyətinin yaxşılaşmasına dəstək verə bilər. Lakin normadan artıq qəbul edildikdə sorbitol və fruktozanın həzmində çətinlik yarandığı üçün köp, ishal, mədə narahatlığı və qastrit şikayətləri ortaya çıxa bilər. Həmçinin meyvələrdəki şəkər və turşular diş minasına təsir etdiyindən, onları yedikdən sonra ağızı su ilə yaxalamaq tövsiyə olunur.
Həkimlər albalı və gilasın çəyirdəklərinə də xüsusi diqqət yetirməyi məsləhət görürlər. Çəyirdəyin içindəki amiqdalin maddəsi çeynənərək orqanizmə daxil olduqda zəhərli birləşmələrin yaranmasına səbəb ola bilər. Buna görə çəyirdəklər qətiyyən çeynənməməli, xüsusilə azyaşlı uşaqlara yalnız çəyirdəyi çıxarılmış meyvələr verilməlidir. Şəkərli diabet, böyrək daşı və podaqra kimi xəstəlikləri olan şəxslərə isə bu meyvələri həkim tövsiyəsinə uyğun, məhdud miqdarda istehlak etmək məsləhət görülür.
Комментарии
Загрузка…
Оставить комментарий