Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq. Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim ediləcək.

Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.