AZƏRTAC xəbər verir ki, alimlərin fikrincə, bu yaz sərin havadan ekstremal istiyə sürətli keçid nə insanların, nə kənd təsərrüfatının, nə də ekosistemlərin uyğunlaşmasına imkan verib.

Avropa hələ də ən sürətli istiləşən qitə olaraq qalır. Bu isə qismən onun Arktikaya yaxınlığı ilə bağlıdır. Belə ki, buz və qar örtüyünün əriməsi nəticəsində Günəş şüalarını daha çox udan tünd səthlər açılır və bu da havanın əlavə istiləşməsinə səbəb olur. Alimlər, həmçinin xəbərdarlıq edirlər ki, Sakit okeanın tropik hissəsində qeydə alınan anomal yüksək temperatur iqlim böhranını daha da dərinləşdirərək dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin güclənməsinə gətirib çıxarır.