"Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması üçün texnologiya ilə tanışlıq mümkün qədər gec yaşlarda baş verməlidir".

Bunu Day.Az -a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O, uşaqların rəqəmsal təhlükəsizliyi mövzusunda danışarkən bildirib ki, ümumdünya psixoloqlarının rəyinə görə, uşaq 3 yaşa qədər televizor, telefon, kompüter və ya planşetlə tanış olmamalıdır.

"Bu yaş dövründə uşaqlar ekran vasitələrinin mövcudluğunu belə bilməməlidir. 3 yaşdan 6 yaşa qədər uşağa gün ərzində yalnız yarım saat ekran istifadəsi icazə verilir. 6 yaşdan 12 yaşa qədər bu müddət bir saata qədər artırıla bilər. 12 yaşdan sonra isə valideyn nəzarəti ilə gündəlik iki saata qədər icazə vermək mümkündür. Bu zaman valideynin nəzarəti ciddi və davamlı olmalıdır. Təəssüflər olsun ki, ən böyük problemlərdən biri uşaqların ilk telefon və kompüterlə erkən yaşda tanış olmalarıdır. Bu yaşda uşaq artıq texnologiyanı qavramaqda zəif olur və asılılıq yarana bilər. Sonrakı mərhələdə, valideyn nəzarət etmək istəsə belə, uşaqlarda aqressiya, kobudluq, tərslik, yatmaqdan və yeməkdən imtina kimi hallara rast gəlinir", - deyə o bildirib.

"Bu yaş dövründə uşaqlar ekran vasitələrinin mövcudluğunu belə bilməməlidir.

3 yaşdan 6 yaşa qədər uşağa gün ərzində yalnız yarım saat ekran istifadəsi icazə verilir. 6 yaşdan 12 yaşa qədər bu müddət bir saata qədər artırıla bilər. 12 yaşdan sonra isə valideyn nəzarəti ilə gündəlik iki saata qədər icazə vermək mümkündür. Bu zaman valideynin nəzarəti ciddi və davamlı olmalıdır.

Təəssüflər olsun ki, ən böyük problemlərdən biri uşaqların ilk telefon və kompüterlə erkən yaşda tanış olmalarıdır. Bu yaşda uşaq artıq texnologiyanı qavramaqda zəif olur və asılılıq yarana bilər. Sonrakı mərhələdə, valideyn nəzarət etmək istəsə belə, uşaqlarda aqressiya, kobudluq, tərslik, yatmaqdan və yeməkdən imtina kimi hallara rast gəlinir", - deyə o bildirib.

Psixoloq vurğulayıb ki, uşaqların telefon istifadəsi minimuma endirilməli və onların gündəlik həyatında valideynlərlə keçirdiyi vaxt artırılmalıdır:

"Uşaqlar aktiv olmalı, digər uşaqlarla ünsiyyət qurmalı və müxtəlif dərnəklərdə iştirak etməlidirlər. 3 yaşdan sonra qavrama formalaşmağa başladığı üçün müəyyən limitlər daxilində texnologiya ilə tanışlıq mümkündür. Lakin psixoloqlar hesab edir ki, 5-6 yaşdan etibarən ekranlarla tanışlıq daha effektivdir. Bu yaşda uşaqlar artıq vaxtı idarə edə bilir və müəyyən saatdan sonra cihazı valideynə qaytarmağı öyrənirlər", - o deyib.