Day.Az xəbər verir ki, İstanbuldan Kuşadası istiqamətində hərəkət etdiyi bildirilən və MEG tərəfindən idarə olunan 50 DK 949 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu Kütahya-Afyonkarahisar avtomobil yolunun 36-cı kilometrliyində maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və aşıb.
Qəza barədə 112 Təcili Yardım Mərkəzinə məlumat verildikdən sonra əraziyə çoxsaylı AFAD (Fövqəladə Halların İdarə Edilməsi İdarəsi), yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
İlkin məlumatlara görə, qəza nəticəsində 31 nəfər xəsarət alıb.
Qəza yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardım maşınları ilə ətrafdakı müxtəlif xəstəxanalara aparılıblar.
Qəza səbəbindən bir müddət nəqliyyata bağlı qalan Kütahya-Afyonkarahisar avtomobil yolunun Afyonkarahisar istiqaməti, avtobusun evakuatorla daşınmasından sonra yenidən nəqliyyata açılıb.
Комментарии
Загрузка…
Оставить комментарий