Day.Az xəbər verir ki, araşdırmalara görə, 100 qram qurudulmuş ərikdə 2,66-3,17 mq dəmir var ki, bu da toyuq, mal və qoyun ətindəki göstəricidən yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, qurudulmuş ərikdəki dəmir orqanizm tərəfindən ət məhsullarındakı dəmir qədər asan mənimsənilmir. Buna görə də onu C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək məsləhətdir.

Qurudulmuş ərik həmçinin lif, kalium və antioksidantlarla zəngindir, həzm və ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir. Bununla yanaşı, yüksək şəkər tərkibinə görə onun həddindən artıq istehlakı tövsiyə olunmur.