- В селе Бёюк Галадараси восстановлено 17 частных жилых домов в рамках первого этапа восстановительных работ.
- Село было оккупировано армянскими вооруженными силами в 1992 году и освобождено в 2023 году в результате антитеррористических мероприятий.
- Установлен новый трансформатор, проложены линии электропередач, газовая и водопроводная сети, установлены счетчики.
- В селе благоустроены внутрисельские дороги, создан парк и площадь Флага.
- Всего в селе 50 частных домов, из них 13 полностью непригодны, 37 частично пригодны; планируется ремонт еще 20 домов.
Day.Az Trend -ə istinadən, bunu jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib.
Onun sözlərinə görə, kənddə əhalinin yaşayışı üçün zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir:
"Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 2023-cü ildə isə Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində azad edilib. Əraziyə yeni transformator quraşdırılıb, elektrik xətləri çəkilib və mövcud şəbəkə yenilənib. İlk mərhələdə istifadəyə veriləcək evlər sayğaclarla təmin olunub. Eyni zamanda kəndə yeni qaz xətti çəkilib, qaz sayğaclarının quraşdırılmasına başlanılıb. İçməli su təminatının yaxşılaşdırılması məqsədilə paylayıcı su xətləri çəkilib və sayğaclar quraşdırılıb. Hazırda rabitə infrastrukturu üzrə işlər davam etdirilir".
İ.İsmayılov əlavə edib ki, kənddaxili yollar abadlaşdırılıb, sakinlərin istirahəti üçün park salınıb və Bayraq meydanı inşa edilib:
"Böyük Qaladərəsi kəndində ümumilikdə 50 fərdi yaşayış evi mövcuddur. Onlardan 13-ü tam yararsız vəziyyətdədir, 37 ev isə qismən yararlıdır. İlk mərhələdə 17 evin bərpası başa çatdırılıb, növbəti mərhələdə daha 20 evin təmiri nəzərdə tutulur".
Qeyd edək ki, kəndə ilkin mərhələdə 14 ailə olmaqla ümumilikdə 64 nəfər köçürülüb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий