"Report" xəbər verir ki, komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini üstələyib.
Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.
Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə uduzub - 0:5. Komanda turnirdə son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.
Источник: report.az
Материал обработан с использованием ИИ
Комментарии
Загрузка…
Оставить комментарий