- Комарів більше приваблюють люди з вищою температурою тіла та певними природними запахами шкіри.
- Молочна кислота та інші речовини, що утворюються мікроорганізмами на шкірі, є привабливими для комарів.
- Темний одяг та активні рухи привертають увагу комарів.
- Вживання алкоголю підвищує температуру тіла та потовиділення, що робить людину більш помітною для комарів.
- Для захисту рекомендується носити світлий одяг та використовувати репеленти.
Day.Az xəbər verir ki, dəri üzərində yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində yaranan süd turşusu və digər maddələr həşəratlar üçün cəlbedici siqnallar hesab olunur.
Bu qoxuların intensivliyi isə insanın fərdi xüsusiyyətləri və gigiyena vərdişlərindən asılı olaraq dəyişə bilər.
Ekspertlər bildirirlər ki, ağcaqanadlar yalnız qoxuya deyil, həm də vizual amillərə reaksiya verirlər. Xüsusilə tünd rəngli geyimlər və aktiv hərəkətlər onların diqqətini daha çox cəlb edir. Açıq rəngli paltar seçmək və imkan daxilində hərəkəti azaltmaq sancılma riskini müəyyən qədər azalda bilər.
Bundan əlavə, spirtli içkilərin qəbulu da ağcaqanadların insanı daha asan tapmasına şərait yarada bilər. Çünki alkoqoldan sonra bədən temperaturu yüksəlir, tərləmə artır və orqanizm daha çox istilik yayır. Mütəxəssislər yay aylarında ağcaqanadlardan qorunmaq üçün açıq rəngli geyimlərdən istifadə etməyi və həşəratqovucu vasitələr tətbiq etməyi tövsiyə edirlər.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий