Day.Az APA -ya istinadən xəbər verir ki, bildirilib ki, qəzanın yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunur.

İyulun 20-də saat 18:00 radələrində Şorsulu kəndi ərazisində həmin kənd sakini Nazim Qasımovun idarə etdiyi "VAZ" markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada vəfat edib.

Hadisə zamanı Əlifağa Hümmətov və "Toyota"nın sürücüsü Razi Dadaşovun azyaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, yüksək sürət və təhlükəli manevrlərin ağır nəticələrə səbəb ola biləcəyini xatırladıb, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.