- Президент Ильхам Алиев подписал закон о расширении перечня юридических лиц, освобождаемых от таможенных пошлин.
- Освобождение от пошлин распространяется на товары, произведенные в СЭЗ Алят, при условии экспорта не менее 50% продукции.
- Льгота действует в течение 15 лет с даты регистрации юридического лица СЭЗ.
- Закон вступает в силу с 1 января 2027 года.
- Кабинет министров должен в трехмесячный срок определить перечень товаров и порядок их ввоза из СЭЗ.
Day.Az bu barədə AZƏRTAC -a istinadən xəbər verir.
Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi - malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bundan başqa Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi və "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə" 4 iyul 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Комментарии
Загрузка…
Оставить комментарий