- Учебно-тренировочные полеты проведены в авиационных подразделениях ВВС Азербайджана в соответствии с планом подготовки на 2026 год.
- Проверены теоретические знания пилотов по условиям и правилам безопасности полетов.
- Выполнены задачи на самолетах JF-17C (Block-III), Су-25МЛ и L-39: взлет, посадка, сложный пилотаж и боевые маневры на различных высотах.
- Основное внимание уделено точному и безопасному выполнению задач в различных тактических условиях.
- Пилоты продемонстрировали высокий профессионализм.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.
Təlim-məşq uçuşunun planına əsasən, "JF-17C" (Block-III), "Su-25ML" və "L-39" tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.
Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.
Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Комментарии
Загрузка…
Оставить комментарий