- Чемпионат мира по футболу 2026 года впервые пройдет в трех странах: США, Канаде и Мексике.
- Открытие турнира состоится матчем между Мексикой и ЮАР в Мехико на стадионе 'Астека'.
- В турнире примут участие 48 команд, в том числе дебютанты: Кабо-Верде, Кюрасао, Иордания и Узбекистан.
- Всего будет сыграно 104 матча, из них 78 в США.
- Турция вернулась на чемпионат мира после 24-летнего перерыва.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən "Asteka" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.
İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib. Kabo-Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri dünyanın ən böyük futbol turnirində debüt edəcəklər.
Mundial ərzində 104 oyun reallaşacaq ki, bunların 78-nə ABŞ ev sahibliyi edəcək.
Azərbaycanlı futbol azarkeşlərinin çıxışını maraqla gözlədiyi yığmalardan biri 24 il sonra yenidən dünya çempionatına vəsiqə qazanan Türkiyə millisidir. D qrupunda yer alan "ay-ulduzlular" ilk görüşünü iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliyaya qarşı keçirəcək.
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çexiya;
B qrupu: Kanada, Qətər, İsveçrə, Bosniya və Herseqovina;
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya;
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə;
E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador;
F qrupu: Niderland, Yaponiya, İsveç, Tunis;
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya;
H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay;
I qrupu: Fransa, Seneqal, Norveç, İraq;
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Konqo Demokratik Respublikası, Özbəkistan, Kolumbiya;
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirdə kuboku başı üzərinə qaldıran Argentina millisidir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий