- II Международный фестиваль барбекю начался 13 июня в селе Мейсари Шамахинского района.
- Фестиваль продлится два дня, организован при поддержке местных властей и спонсоров, включая Azersun Holding и Coca-Cola Azerbaijan.
- Участвуют шеф-повара из 16 стран: Азербайджан, Бангладеш, Китай, Дания, Франция, Грузия, Индия, Италия, Корея, Малайзия, Узбекистан, Россия, Турция, Туркменистан, Украина, Япония.
- В программе: парад шеф-поваров, дуэль барбекю и мангала, кулинарные конкурсы, дегустации.
- Фестиваль направлен на развитие гастрономического туризма и культурного обмена.
Day.Az xəbər verir ki, festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, festivalda dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şef-aşpazlar iştirak edir. Onların zəngin təcrübəsi, fərqli kulinariya ənənələri və təqdim etdikləri ləziz təamlar tədbirə xüsusi rəng qatır, onu daha maraqlı edir. O qeyd edib ki, bu cür festivallar qonaqlara xoş anlar bəxş etməklə yanaşı, Şamaxının qonaqpərvərliyini bir daha nümayiş etdirir.
Gürcüstanlı tanınmış aşbaz Guram Boqdashvili çıxışında bildirib ki, ənənələrin qorunması hər zaman böyük əhəmiyyət daşıyır. O, Azərbaycanda, xüsusilə də Şamaxıda olmaqdan məmnunluğunu ifadə edərək, bu şəhərə ilk dəfə gəldiyini və bunun onun üçün xüsusi an olduğunu vurğulayıb.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim edilir.
Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.
Festivalda təmsil olunan aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir.
Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.
Dadların, dostluğun və açıq hava əyləncəsinin bir məkanda birləşdiyi festivalın hər iki günü maraqlı tədbirlərlə zəngindir.
Həftəsonuna təsadüf edən kulinariya bayramının birinci günü şef-aşpazların festival ərazisinə yürüşü ilə başlayıb. Festivalın iştirakçı şefləri və qonaqları xüsusi paradla tamaşaçıları salamlayaraq, həmin məkanda əsl kulinariya ab-havası yaradıb.
"Barbekü və Manqal" duelində beynəlxalq barbekü və yerli kabab ustaları iştirak edib. Bu dad "savaşı" festivalın ən maraqlı şoularından birinə çevrilib. Şeflər öz xüsusi reseptləri və bişirmə texnikaları ilə fərqli dadlar təqdim edib, tamaşaçılar isə bu əyləncəli kulinariya qarşıdurmasının şahidi olub.
Kulinariya həvəskarları və peşəkar şef-aşpazlar arasında kulinariya yarışması da keçirilib. Hazırlanan yeməklər peşəkar münsiflər tərəfindən qiymətləndirilib və günün qalibi müəyyən olunub.
Axşam saatlarında isə musiqili proqram təqdim edilib.
Festival iyunun 14-də işini davam etdirəcək.
Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. "Steyk şou"da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək.
Beləliklə, iki gün ərzində Meysəri kəndi ləzzətli təamlar və səmimi ünsiyyət məkanına çevriləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий