- Азиатский банк развития рассматривает проект городской устойчивости с участием Азербайджана и других стран Центральной Азии и Кавказа.
- Проект стоимостью 900 тыс. долларов США финансируется из Специального фонда технической помощи.
- Азербайджан получил суверенные финансовые обязательства на 2,53 млрд долларов по 10 проектам (2015-2024), из них 51% на региональное сотрудничество.
- Банк одобрил 9 несуверенных проектов на 963,9 млн долларов, все направлены на развитие частного сектора.
"Mənzil tikintisi, turizm və infrastrukturun maliyyələşdirilməsi sahələrində şəhər dayanıqlılığı" adlı layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və digər ölkələri əhatə edir.
Day.Az xəbər verir ki, AİB-in məlumatına görə, layihənin 900 min ABŞ dolları həcmində Xüsusi Texniki Yardım Fondu hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan regional inteqrasiya və özəl sektor əməliyyatlarının maliyyələşdirilməsi sayəsində AİB-in portfelində gəlir səviyyəsi yuxarı olan orta gəlirli ölkələr sırasında yer alır.
AİB-in 2015-2024-cü illəri əhatə edən son məlumatlarına əsasən, Azərbaycan 10 layihə üzrə 2,53 milyard ABŞ dolları həcmində suveren maliyyə öhdəliyi alıb. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə yönəldilib ki, bu da müvafiq ölkələr qrupu arasında ən yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun inkişafına, 18 faiz iqlim maliyyələşdirilməsinə, 10 faiz isə rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.
AİB-in Azərbaycanda özəl sektor üzrə əməliyyatları isə iqtisadi inkişaf hədəflərinə daha çox yönəlib. 2015-2024-cü illərdə bank ümumi dəyəri 963,9 milyon ABŞ dolları olan doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşmənin 100 faizi özəl sektorun inkişafına yönəldilib. Diqqətəlayiq məqamlardan biri də odur ki, öhdəliklərin 78 faizi regional əməkdaşlıq və inteqrasiya ilə bağlı olub ki, bu da AİB-in nəzərdən keçirdiyi müqayisə edilə bilən yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricidir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий