- Иран хочет увеличить импорт через Азербайджан и Россию для стабилизации рынка.
- Губернатор Астары (Иран) заявил, что альтернативные пути предотвратят рост цен.
- За 2 месяца (21 марта - 21 мая 2026) через Астару импортировано 335 тыс. тонн, экспортировано 320 тыс. тонн.
- Между иранской и азербайджанской Астарой есть железная дорога и автодорога.
- Ограничения в Ормузском проливе заставляют Иран искать альтернативы.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunun qubernatoru Əli Dərmani yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən alternativ yollar ölkə bazarında qiymət artımının qarşısını almaqla yanaşı bölgədə dəmiryolu, dəniz və avtomobil yolları və terminallarda fəaliyyətlərin artması ilə nəticələnə bilər.
Dərmani deyib ki, cari İran ilinin 2 ayı (21 mart -21 may 2026) İranın Astara rayonu gömrük-sərhəd məntəqəsi vasitəsi ilə 335 min ton məhsul ölkəyə idxal edilib, 320 min ton məhsul isə ixrac olunub.
O bildirib ki, İranın xarici ticarətində Astara gömrük-sərhəd məntəqəsi zəruri məhsulların təmin olunması və qeyri-neft məhsullarının ixrac olunmasında təkmilləşdirici və alternativ rola sahibdir.
Dərmani əlavə edib ki, İran Astarası ilə Azərbaycan Astarası arasında beynəlxalq dəmiryolu xətti və avtomobil yolunun mövcudluğu idxal və ixracı asanlaşdırmaqla yanaşı investisiya və məşğulluq üçün böyük imkanlar yaradır.
Qeyd edək ki, Hörmüz boğazında yaranan məhdudiyyətlər fonunda, İran məhsul ticarətində başqa alternativləri nəzərdən keçirməkdədir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий