- SOCAR и COOEC обсудили возможное сотрудничество по месторождению Абшерон.
- Месторождение Абшерон расположено в Каспийском море, в 100 км к юго-востоку от берега.
- Добыча на первой фазе началась в июле 2023 года, мощность 4 млн куб. м газа и 13 000 баррелей конденсата в сутки.
- Партнеры приняли решение о полномасштабной разработке, FEED начат в начале 2025 года, окончательное инвестиционное решение ожидается в 2026 году.
- На пике добычи ожидается дополнительно 110 000 баррелей нефтяного эквивалента в сутки.
Day.Az bu barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. Bu xüsusda, tərəflər "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Abşeron" qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir. İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000 barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.
1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 000 barel kondensat hasil ediləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий