- Франция запретила въезд министру нацбезопасности Израиля Итамару Бен-Гвиру
- Запрет вступил в силу немедленно
- Причина — неприемлемые действия Бен-Гвира против граждан Франции и ЕС в рамках флотилии Sumud
- Франция призвала ЕС ввести санкции против Бен-Гвира
Day.Az xəbər verir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-Noel Barro "X" sosial media hesabında paylaşım edib.
Fransa XİN rəhbəri bildirib ki, bu gündən etibarən İtamar Ben-Qvirin Fransa ərazisinə daxil olması qadağandır.
Onun sözlərinə görə, bu qərar Ben-Qvirin Sumud donanmasında iştirak edən Fransa və digər Avropa ölkələri vətəndaşlarına qarşı qəbuledilməz hərəkətləri səbəbindən verilib.
Eyni zamanda, o qeyd edib ki, Paris bu donanmanın heç bir real fayda gətirməyən, yalnız diplomatik və konsulluq xidmətlərinə əlavə yük yaradan təşəbbüs kimi qiymətləndirir.
"Lakin, biz Fransa vətəndaşlarının, xüsusən də bir məmur tərəfindən bu şəkildə qorxudulmasına, təhdid edilməsinə və ya güc tətbiq edilməsinə dözə bilmərik. Qeyd edim ki, bu hərəkətlər bir çox İsrail siyasi xadimləri tərəfindən pislənib", - Barro vurğulayıb.
O, həmçinin Avropa Birliyini Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий