- Фестиваль барбекю проходит в селе Мейсари Шамахинского района 13-14 июня.
- Организаторы: Шамахинская районная исполнительная власть, комплекс Насими Баглары, ресторан Abqora.
- Спонсоры: Azersun Holding, Coca-Cola Azerbaijan, Azerbaijan Airlines, Premium Meat, Baku Medical Plaza.
- Участвуют около 20 шеф-поваров, представляющих разные страны.
- Во второй день запланировано шоу стейков и музыкальная программа.
Day.Az xəbər verir ki, festivalda 20-dək ölkəni təmsil edən aşpazlar kulinariya üzrə çoxillik təcrübəyə malik, iş təcrübələri müddətində müxtəlif ölkələrin tanınmış restoranlarında fəaliyyət göstərmiş, bir çox iri festivallarda təmsil olunaraq saysız mükafatlara layiq görülmüş şeflərdir.
Festival ərazisindəki kulinariya zonalarında əyləncəli yarışmalar keçirilir, restoranların təmsil olunduğu pavilyonlarda isə müxtəlif mədəniyyətlərin mətbəxi ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılıb.
Festival iyunun 14-də işini davam etdirəcək.
Festivalın ikinci günü də ləziz təqdimatlar və əyləncə ilə yadda qalacaq. "Steyk şou"da şef-aşpazlar steykləri hər biri özünəməxsus hazırlanma üsulu ilə bişirəcək. Təqdimat zamanı onlar öz kulinariya sirləri, bişirmə texnikaları və xüsusi məsləhətləri ilə tamaşaçılarla bölüşəcək. Həmin günün musiqili proqramı isə festivalı daha da rəngarəng edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий