Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Yol hərəkəti iştirakçılarının maariflənməsi üçün mütəmadi aparılan təbliğat işləri, bu istiqamətdə yol-nəqliyyat hadisələrinin real görüntülərinin diqqətə çatdırılması müsbət nəticə versə də ancaq təəsüflər olsun ki, bəzi sürücü və piyadalar bundan nəticə çıxarmır.

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43-ü piyada vurulması ilə bağlı olub. Nəticədə 21 piyada dünyasını dəyişib, 24-ü isə xəsarət alıb.

Qəzaların olmaması üçün sürücülər yollarda ilk növbədə diqqətli olmalı, sürət həddinə əməl etməlidirlər. Piyadalar keçidlərdən istifadə etməli, sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.