- Гражданин Азербайджана Тахир Аскеров экстрадирован из Казахстана в Азербайджан.
- Он обвиняется в контрабанде наркотиков в крупном размере группой лиц по предварительному сговору.
- Аскеров был объявлен в международный розыск через Интерпол.
- Экстрадиция осуществлена после запроса Генеральной прокуратуры Азербайджана.
- Аскеров передан следственным органам Азербайджана.
Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun Qazaxıstanın səlahiyyətli orqanlarına ünvanladığı ekstradisiya sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Tahir Aydın oğlu Əskərovun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Tahir Əskərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni Azərbaycanın gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 25 fevral 2026-cı ildə onun Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilən Tahir Əskərov İnterpolun Bakı şəhərindəki Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qazaxıstan ərazisində müəyyən edilərək saxlanılıb.
Ekstradisiya prosedurları başa çatdıqdan sonra Tahir Əskərov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.
Комментарии
Загрузка…
Оставить комментарий