- Опубликовано число поступивших в вузы вне конкурса.
- 3 человека поступили по итогам международных олимпиад, 104 - республиканских, 63 - по программе IB.
- 520 абитуриентов поступили в Университет ADA на основе SAT и как выпускники школы ADA.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:
"Artıq 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar. Nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib".
"Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub", - deyə məlumatda qeyd edilib.
Комментарии
Загрузка…
Оставить комментарий