- Глава МИД Швейцарии Игнасио Кассис на совместном брифинге с главой МИД Азербайджана Джейхуном Байрамовым в Баку заявил, что устойчивый мир между Азербайджаном и Арменией достижим.
- Кассис отметил, что Швейцария приветствует прогресс в мирном процессе и готова поддержать его по запросу сторон.
- Стороны договорились встретиться вновь в Нью-Йорке в рамках недели высокого уровня Генассамблеи ООН.
- На встрече обсуждались двусторонние отношения, экономическое сотрудничество и ситуация в Южном Кавказе, а также на Ближнем Востоке и война России и Украины.
İ.Kassis bildirib ki, bu, onun həm İsveçrənin xarici işlər naziri və vitse-prezidenti, həm də ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana ilk səfəridir.
O qeyd edib ki, İsveçrə ilə Azərbaycan arasında uzunmüddətli və dostluq münasibətləri mövcuddur.
"Yüksək səviyyəli müntəzəm təmaslarımız, iqtisadi əlaqələrimiz və Bretton-Vuds institutları çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında möhkəm etimad formalaşdırıb", - deyə o bildirib.
Nazirin sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiyalar üçün sabit mühitin yaradılması müzakirə olunub.
İ.Kassis qeyd edib ki, tərəflər yaxın həftələrdə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda yenidən görüşmək barədə razılığa gəliblər.
O bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm regional qovşağa çevirir.
"Orta Dəhlizin inkişafı və etibarlı, şaxələndirilmiş ticarət marşrutlarının formalaşdırılması açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır", - deyə İ.Kassis vurğulayıb.
İsveçrəli nazir bildirib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.
"İsveçrə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. Sülh sazişi üzrə prosesin başlanmasından təxminən bir il sonra davamlı sülh artıq əlçatandır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, İsveçrə hər iki ölkə ilə yaxşı münasibətlər fonunda sülh prosesinə müəyyən töhfə verməsindən qürur duyur.
İ.Kassis Azərbaycanı sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün zəruri səyləri davam etdirməyə çağırıb.
"Bu, hər iki ölkənin xalqları və bütövlükdə region üçün barışıq, sabitlik və rifah istiqamətində mühüm addım olacaq", - deyə o bildirib.
Nazir əlavə edib ki, İsveçrə tərəflərin müraciəti olacağı təqdirdə sülh prosesinə dəstək verməyə hazırdır və Cənubi Qafqazda dialoq və etimad quruculuğu tədbirlərinə uzun illərdir töhfə verir.
İ.Kassis qeyd edib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Avropa təhlükəsizliyi və ATƏT-in əsaslandığı prinsiplər üçün ən ciddi çağırış olaraq qalır.
"Biz real dialoqu qoruyub saxlamağa çalışırıq. Məqsədimiz tərəflərin bir masa arxasında əyləşərək Helsinki prinsiplərinin necə həyata keçiriləcəyini müzakirə etməsidir", - deyə o bildirib.
İ.Kassis vurğulayıb ki, ATƏT müharibəni təkbaşına dayandıra bilməz, lakin atəşkəs əldə olunacağı halda təşkilat ədalətli və davamlı sülhün təmin olunmasına töhfə verməyə hazır olmalıdır.
Sonda İ.Kassis Ceyhun Bayramovu dekabr ayında Luqanoda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət edib və İsveçrənin Azərbaycanla qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий