Day.Az xəbər verir ki, buna görə də valideynlərin cihazlardan istifadəyə nəzarət etməsi, təhlükəsizlik filtrləri tətbiq etməsi və uşağın kimlərlə əlaqə saxladığını izləməsi qoruyucu tədbir kimi qiymətləndirilir.

Ekspertlər vurğulayırlar ki, nəzarət gizli şəkildə deyil, açıq ünsiyyət əsasında aparılmalıdır. Uşağa bu addımın onun təhlükəsizliyi üçün atıldığı izah edilməli, eyni zamanda internetdən düzgün istifadə, şəxsi məlumatların paylaşılmaması və şübhəli şəxslərlə ünsiyyətdən çəkinmək kimi qaydalar öyrədilməlidir. Orta məktəb yaşına çatdıqca isə sərbəstliyin tədricən artırılması və valideynlə övlad arasında qarşılıqlı etimadın qorunması tövsiyə olunur.

Yeniyetməlik dövründə isə şəxsi məkanın toxunulmazlığı daha böyük əhəmiyyət daşıyır. Psixoloqlar xəbərdarlıq edirlər ki, mesajların gizlicə oxunması yeniyetmənin etibarını sarsıda və onu valideynindən uzaqlaşdıra bilər. Bu səbəbdən əsas yanaşma qarşılıqlı razılaşma, maarifləndirmə və açıq dialoq olmalıdır. Yalnız uşağın təhlükədə olduğuna dair ciddi əsaslar yarandıqda valideyn müdaxiləsi zəruri hesab edilir.