- За первое полугодие 2026 года от мин и неразорвавшихся боеприпасов погибли 2 человека, 11 ранены.
- С ноября 2020 года зафиксировано 430 жертв минного террора, из них 73 погибших, 357 раненых.
- В отчетный период обеспечена экстрадиция 33 обвиняемых из иностранных государств, 13 лиц переданы по решениям суда.
Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş Geniş Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından indiyədək mina terrorunun ümumilikdə 430 qurbanı qeydə alınıb. Onlardan 73 nəfər həyatını itirib, 357 nəfər isə yaralanıb.
Kollegiyada həmçinin qeyd olunub ki, hesabat dövründə Baş Prokurorluğun "961 Çağrı Mərkəzi"nə daxil olan müraciətlərdən 13 305-i üzrə vətəndaşlara hüquqi izah verilib, 2 576 məlumat isə cinayət xarakterli olduğundan araşdırılması üçün aidiyyəti qurumlara göndərilib.
İclasda bildirilib ki, hesabat dövründə xarici ölkələrdən 33 təqsirləndirilən şəxsin ekstradisiyası təmin olunub, beynəlxalq axtarışda olan 13 nəfər isə məhkəmə qərarları əsasında aidiyyəti ölkələrə təhvil verilib.
Комментарии
Загрузка…
Оставить комментарий