Day.Az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Almaniya Futbol İttifaqı Yürgen Kloppun milli komandanın baş məşqçisi vəzifəsinə təsdiqləndiyini rəsmən elan edib. Müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Klopp komandanı 2028-ci il Avropa çempionatında və 2030-cu il dünya çempionatında çalışdıracaq.

Onun məşqçilər korpusunda Peter Kravits, Pep Linders və Almaniya millisinin sabiq futbolçusu Sven Bender yer alacaqlar.