Məsələni aydınlaşdırmaq üçün Sumqayit İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Day.Az xəbər verir ki, İcra Hakimiyyətindən Trend -in sorğusuna cavab olaraq bildirildi ki, iddialar həqiqəti əks etdirmir:

"Qeyd olunan ərazidə ağac kəsilməyib", - icra hakimiyyətinin məlumatında bildirilib.

Qeyd edək ki, sosial mediada yayılan görüntülər Şəhidlər Xiyabanı ilə Göyərçin abidəsi arasında yerləşən ərazidədir. Sakinlər bu ərazidəki ağac və kollar kəsilib məhv edildiyini iddia edirlər.